Nəsimi rayonunda 2018-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub. Toplantıda icra başçısı Asif əsgərov geniş məruzə ilə çıxış edib.
Çıxışında bir çox mətləblərə toxunan icra başçısı rayon ərazisində aparılan sökütü işlərinə də toxunub.
Asif əsgərovun sözlərinə görə, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RiH Başçısı yanında şuranın geniş iclaslarında müzakirə olunmuş, RiHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmiş və əməli tədbirlər həyata keçirilmişdir.
Daha sonra Nəsimi rayon icra Hakimiyyətinin Başçısı Asif əsgərov bildirib ki, Prezident ilham əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RiH məqsədyönlü işləri davam etdirir.
Rayon ərazisində müəyyən edilmiş ünvanlar üzrə 32 layihə razılaşdırılmış, 23 layihə üzrə söküntü tikinti işləri aparılır.
Belediyye.info